Bu dəfə 95 dollara yeni bir Nokia smartfonu təqdim edildi. Yeni məhsul Nokia C3 adlanır.
«Baza» olaraq, smartfon 3 GB operativ yaddaş və 32 GB daimi yaddaşa sahib olan Unisoc SC9863 prosessoru aldı. IPS texnologiyasından istifadə edərək hazırlanan ekranın diaqonalı 5,99 düym, batareya tutumu isə 3040 mAh təşkil edir. Nokia C3-ün əsas kamerası 8 meqapiksel, ön kamerası isə 5 meqapikseldir. Eyni zamanda, cihaz arxa tərəfdə barmaq izi skaneri ilə təchiz olunub və smartfon Android 10-da işləyəcək.
Nokia C3-ün satışları 13 avqusta planlaşdırılıb və əvvəlcə smartfon yalnız Çində satışa çıxarılacaq.