spot_img
22 ноября, 2024
ДомойТелекомСобытияAzərbaycanın nümayəndələri Beynəlxalq Kiberidman Hakimliyi Akademiyasının ilk məzunları oldular

Azərbaycanın nümayəndələri Beynəlxalq Kiberidman Hakimliyi Akademiyasının ilk məzunları oldular

Üç günlük intensiv təlim, mühazirə və müxtəlif görüşlərdən sonra diplomlu hakimlər daha da təkmilləşdirdikləri təcrübələrini bölüşməyə hazırdırlar.

Azərbaycanlı hakimlər Beynəlxalq Kiberidman Hakimliyi Akademiyası tərəfindən təşkil olunmuş kurslarda iştirak ediblər. Kurslar fevralın 24-dən 28-dək Cənubi Koreyanın Busan şəhərində keçirilib. Uğurla verilmiş yekun imtahanının nəticəsinə görə, Azərbaycanın iki nümayəndəsi beynəlxalq dərəcəli hakim dərəcəsini təsdiq edən diplom alaraq, Beynəlxalq Kiberidman Federasiyasının (IESF) tərəfindən əsası qoyulmuş Akademiyanın ilk məzunları sıraına qoşulub. Bununla yanaşı, bu diplomlar onlara Beynəlxalq Federasiyası tərəfindən təşkil olunan turnirlərdə hakimlik fəaliyyətə ilə məşğul olmağa imkan verir.

Akademiyanın mühazirəçiləri sırasında IESF-in prezidenti Kolin Vebster, beynəlxalq kiberidman hakimliyinin veteranları Sunqvon Li (Sungwon Lee) və Seonqxi Sinnara Ba (Seonghee Sinnara Bae) olub. Kurs hakimlərin nəzəri hazırlığı, etik davranış, kompyuter idmanında hakimlərin rolu, IESF qayda və normaları və digər məsələlər də daxil olmaqla mövzu dairəsini əhatə edib.

IESF

Akademiyanın fəaliyyəti kiberidman hakimlərinin tədrisi və ixtisaslaşmaları üçün nəzərdə tutulmuş standartların və intensiv təhsil proqramlarının işlənib hazırlanmasına həsr olunub. Proqramın işlənib hazırlanması zamanı IESF onun yüksək standartlara uyğunluğunu təmin etmək üçün oyunların yaradıcıları ilə məsləhətləşmələr aparıb.

«Hakimlər IESF–in üzv federasiyalarımızın əsasını təşkil edir. Buna görə də təşkilat kiberidman ekosisteminin uzunmüddətli və sabit inkişafını təmin etmək məqsədilə hakimlərin imkanlarından maksimal dərəcədə yararlanmağa çalışır», — deyə IESF-in prezidenti Kolin Vebster söyləyib.

Azərbaycan Kiberidman Federasiyasına verilən məlumata görə, yerli turnirlərin səviyyəsini yüksəltmək, oyunçuların və komandaların ən yaxşı nəticələr nümayiş etdirmələri baxımından hakimlərin ixtisas dərəcələrinin artırılması diqqət mərkəzində saxlanılır. Həmçinin Beynəlxalq Kiberidman Hakimliyi Akademiyasının diplomunu almaq yerli hakimlərimizin yüksək peşəkarlıq səviyyələrindən xəbər verir.

Xatırladaq ki, fevralın 8-də Azərbaycan Kiberidman Federasiyasının Hakimlik Komitəsinin nümayəndələri müvafiq treninqlərin nəticələrinə görə Rusiya Kiberidman Federasiyasınıb idman hakimlərinə qarşı kvalifikasiya tələblərindən də uğurla keçiblər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -