Apple 1 trilyon dollar kapitallaşma rəqəminə çatan ilk şirkət olmuşdu. Daha sonra bu rekorda Microsoft, Amazon və Alphabet kimi nəhng şirkətlər də imza atdı. Son zamanlar Apple davamlı olaraq hissə dəyərlərinin ucuzlaşması ilə üzləşsə də, şirkət lider mövqeyinə geri qayıdıb. Düzdür, Saudi Aramco neft şirkətini nəzərə almasaq (2 trilyon dollar dəyər).
Analitiklərin sözlərinə görə Apple cari ilin sonunda Saudi Aramco-nun rekorduna imza atacaq və 2 trilyon dollar kapitallaşma dəyərinə sahib olacaq. Hal-hazırda bu rəqəm 40% artımla 1.4 trilyona çatıb. Neft bazarının qeyri-stabil olması isə Apple-a ümumi bazarda vahid lider olmağa imkan yaradacaq.