Fransa və Almaniya Libranin Avropada istifadəsinə mane olmaq niyyətindədir.
Fərqli ölkələrin dövlət və bank qurumlarının, Facebook-un rəqəmsal pul vahidi Libra-nın satışa çıxarmaq planlarına verdiyi tənqidi reaksiya qabağını ala bilmədi. Şirkət yenə də gələn il Libra təqdim etmək niyyətindədir.
Dövriyyəyə 28 üzvdən ibarət bir təşkilat nəzarət edəcək. Bildiyiniz kimi, Fransa və Almaniya Libranin Avropada istifadəsinə mane olmaq niyyətindədir. Marcusun fikrincə, yeni rəqəmsal valyutanın İsveçrə, Almaniya və ya Fransa kimi ölkələrdə gündəlik ödənişlərin ödəmə vasitəsinə çevrilməsi ehtimalı azdır. Çox güman ki, sərhəddənkənar ödənişlər üçün və ya çox az miqdarda hesablaşmalar üçün istifadə ediləcəkdir.
Səlahiyyətlilər layihənin qlobal maliyyə sistemini poza biləcəyindən, suveren pul siyasətinə təsir edə biləcəyindən və məxfiliyinə zərər verə biləcəyindən narahatdırlar və bundan əlavə çirkli pulların yuyulması üçün də istifadə edilə bildiyini düşünürlər.