spot_img
25 апреля, 2024
ДомойТехнологииSmartfonlar üçün tək modullu 8 qat optik zoom dəstəkləyən kamera hazırlanır

Smartfonlar üçün tək modullu 8 qat optik zoom dəstəkləyən kamera hazırlanır

Son illərdə istehsalçılar smartfonların kamera modullarının sayını artırmaqda davam edirlər, ToF modullar quraşdırılır və optik zoom tətbiq edilir. Məsələn, Huawei P30 Pro 5 qat optik zoom ilə təchiz edilib, Nokia 9 Pure View smartfonu isə 5 moduldan ibarətdir.

Kameranın üç və ya dörd moduldan ibarət olması geniş görüntü bucağını təmin edir. Lakin, modulların sayının artması müvafiq olaraq smartfonun da qiymətinə təsirsiz ötüşmür. Yaguang Electronincs şirkəti isə bütün bu stereotipləri aşaraq tək modullu kamera hazırlayır. Şüşə obyektivdən ibarət periskop tipli bu kamera smartfonlar üçün 6 və 8 qat zoom funksiyasını təmin edəcək. Tərtibatçılar qeyd edir ki, yüksək keyfiyyətli obyektivin sayəsində kamera gecə çəkilişində də əla nəticələr təqdim edəcək. Kamera modulunun tək olması keyfiyyətli portret fotolar üçün də heç bir problem yaratmayacaq.

İstehsal işlərinə start verilsə də, bu tip yeni kamera modulları yalnız gələn il smartfonlara quraşdırılacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -