spot_img
22 ноября, 2024
ДомойТелекомАкции и кампанииSamsung-un gəlirləri 2.5 dəfə azalıb

Samsung-un gəlirləri 2.5 dəfə azalıb

Cənubi Koreya şirkəti olan Samsung cari maliyyə ilinin 2-ci rübünün nəticələrini elan edib. Belə ki, şirkətin ümumi gəlirləri 56% azalaraq 5,56 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin analoji rübündə gəlirlər 13,3 milyard dollar təşkil edirdi. Bundan başqa, mobil biznesdə gəlirlər 42% azalıb və səbəb kimi Samsung flaqmanlarına olan marağın azalması göstərilir.

Yaddaş modulları biznesində də ciddi geriləmə var. Qiymətlərin və tələbatın azalması ilə gəlirlər 13,6 milyard dollar təşkil edib ki, bu da ötən ilki göstəricidən ciddi şəkildə geri qalır (18,59 milyard dollar). Digər tərəfdən Samsung Display bölməsi çox uğurlu bir il keçirir. Onların ikinci rübdə gəlirləri 6,64 milyard dollar təşkil edib və bu, ötən ilki göstərici ilə müqayisədə daha yaxşıdır (4,79 milyard dollar). Xüsus olaraq OLED displaylərə tələbat olduğu qeyd edilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -