Eyni adlı müştərilərlə əlaqə sisteminin (CRM — Customer Relationship Management) sahibi Salesforce şirkəti məşhur analitik platforma olan Tableau-nu satın almaq qərarına gəlib. Müqavilənin dəyəri təxminən 15,3 milyard dollara bərabərdir. Ödəniş Salesforce hissələri ilə aparılacaq (onların orta günlük dəyərinə əsasən).
«Biz dünyanın 1 nömrəli CRM-ni dünyanın 1 nömrəli analitik platforması ilə birləşdirəcəyik. Tableau insanlara məlumatları görməyə və anlamağa kömək edir, Salesforce isə müştərilərlə əaqə qurmağı və onları anlamağı təmin edir. Bu, bizim müştərilərimiz üçün ən yaxşı seçimdir — iki kritik platformanın birləşməsi ilə əldə olunan keyfiyyət», — deyə Salesforce-un köməkçi direktoru Marc Benioff bildirib.
Satış yekunlaşandan sonra Tableau müstəqil olaraq öz brendi adı altında fəaliyyət göstərəcək. Salesforce-un bir hissəsinə çevrilməsinə baxmayaraq, hazırki baş ofis Sietlda, Vaşinqton ştatında qalacaq. Bundan başqa, hazırki idarə heyyəti, o cümlədən icraçı direktor Adam Selipsky öz vəzifələrində qalacaqlar.