spot_img
25 ноября, 2024
ДомойТелекомСобытияHuawei CEO-su ABŞ sanksiyalarının şirkətə zərəri haqqında danışıb

Huawei CEO-su ABŞ sanksiyalarının şirkətə zərəri haqqında danışıb

Huawei şirkətinin qurucusu və hazırki icraçı direktoru Ren Çjenfey Bloomberg jurnalistlərinə verdiyi müsahibədə qeyd edib ki, şirkətin ABŞ sanksiyalarına qarşı hazırlıq işləri görməsinə baxmayaraq zərərin həcmi gözlənildiyindən daha böyük olacaq. O bildirib ki, sanksiyalar satışların və müvafiq olaraq şirkət gəlirlərinin ciddi şəkildə azalması ilə nəticələnəcək. Ümumi gəlirlərin 130 milyardan 100 milyard dollara kimi enməsi gözlənilir.

«Gəlirlərimiz 30 milyard azalacaq, baxmayaraq ki, analitiklərimizin proqnozları fərqli idi. Ümumi gəlirlərimiz 100 milyard dollar təşkil edəcək. ABŞ dövlətinin bu dərəcədə aqressiv formada Huawei-yə hücum edəcəyini gözləmirdik. Sanksiyalar bizim təchizat zəncirini tamamilə sıradan çıxara bilər və beynəlxalq təşkilatlarda üzvlüyümüz sonlandırıla bilər», — deyə Ren Çjenfey qeyd edib.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,989ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -