spot_img
22 ноября, 2024
ДомойТелекомСобытияAvropa Birliyi Red Hat şirkətinin IBM tərəfindən 34 milyard dollara alışına razılıq...

Avropa Birliyi Red Hat şirkətinin IBM tərəfindən 34 milyard dollara alışına razılıq verdi

IBM şirkəti Red Hat-ı 34 milyard dollara alışı üçün Avropa Birliyindən şərtsiz anti monopoliya razılığı əldə edib. Bu, IBM şirkət tarixi ərzində ən böyük alış kimi qeydə alınıb.

Amerikalı texnoloji şirkət bu addımla proqram təminatı hazırlığı və abunəçilik yolu ilə satışını inkişaf etdirməyi düşünür. Avropa Birliyi öz müraciətində bildirib ki, bu saziş bazarda rəqiblərlə heç bir problemə səbəb olmayacaq. Xatırladaq ki, saziş haqqında hələ ötən ilin oktyabr ayında məlumat verilmişdi. O zaman tərəflər ümumi prosesin 2019-cu ilin ikinci yarısında başa çatacağı haqqında məlumat vermişdi. Göründüyü kimi, hər şey plan üzrə gedir. Amerikalı anti monopoliya qurumlar sazişə may ayında razılıq veriblər. Onlar da tərəflərə heç bir şərt irəli sürmədilər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,991ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -