İlk ağıllı telefon çıxdıqdan bəri illər keçib, lakin hələ də elə bir cihaz yoxdur ki, hər bir istifadəçinin ehtiyaclarını tam qarşılaya bilsin. Məsələnin ziddinə gedib çıxanda görürük ki, bu, çoxelementli bir problemdir: əvvəla, bugünkü cihazlar bir-birinə çox bənzəyir. Bir çox telefonlar nəinki eyni dizayna malikdir, həmçinin funksiyaları da çox oxşardır; istehsalçılar ənənədən kənara çıxmağa can atmır. İkincisi, bugünkü əksər ağıllı telefonlar əslində heç də ağıllı deyildir. Onlar ən yaxşı halda bir cihazdır. Hətta istifadəçilərə yardımçı lazım olanda da biri onları, həqiqətən də, başa düşür və nə zaman kömək lazım olduğunu bilir. İstifadəçilər isə istəyir ki, onların dəyişkən ehtiyacları ilə ayaqlaşan bir telefonları olsun ki, yeni daşıyıcı formaları yarandıqda yeni avadanlıq almağa ehtiyac yaranmasın. Bundan başqa, istehlakçılar öz cihazlarına getdikcə daha çox şəxsi məlumatlarını etibar edir, lakin təhlükəsizliklə bağlı funksiyalarda məqsədəuyğun bir təkmilləşmə görünmür.
Mikrosxem dəstinin dizaynerlərinin hələ də 10nm prosessorlu təklifləri hazırladıqları bir zamanda Huawei özünün Kirin 980 üçün 7nm prosessorlu texnologiyasını tətbiq edir, mərkəzi prosessor əməliyyatında 46 faiz artıma nail olur, səmərəlilik 46 faiz yüksəlir və neyron prosessor əməliyyatında 226 faiz artım əldə edir.
Smartfon istehsalçılarının sadəcə simsiz şarjı dəstəkləməyə başladığı bir vaxtda Huaweı Mate 20 Pro artıq 15W simsiz şarj yığımını dəstəkləyir. Bu cihaz həmçinin Simsiz olaraq məsafədən enerji doldurmaq imkanını da dəstəkləyir. Belə funksiya Huaweı Mate 20 Pro-ya imkan verir ki, digər Qi-cihazları (məsafədən simsiz enerjinin yığılmasını dəstəkləyən cihazlar) üçün enerji bankı rolunu oynasın.
Digər smartfon istehsalçıları hələ də ikili kamera sistemləri üzərində təkrar işlər aparsa da, Huawei üçlü kameralara keçid etmişdir. Xüsusilə də Huaweı Mate 20 seriyası Leica Ultra Geniş Bucaqlı Linzaları ilə Leica Üçlü Kamerasını təqdim edir. Smartfon istehsalçılarının «Huawei»in işə saldığı süni intellektə əsaslanan fotoşəkil funksiyası ilə ayaqlaşmağa çalışdığı bir vaxtda Huaweı Mate 20 seriyası süni intellektə əsaslanan videoçəkiliş funksionallığını təqdim edir. Bu funksionallıq daha çox səy tələb edən videoların hazırlanmasına imkan verir.
Huaweı Mate 20 seriyasının yeni dizaynı zümrüdü-yaşıl rəngli seriyadır. Bu seriya öz adına uyğun olaraq qiymətli zümrüd daşının yarımşəffaf yaşıl kölgəsi rəngindədir. Bundan başqa, telefonun arxa hissəsindəki kamera sistemi iki yanaşı çərçivə daxilində yerləşdirilib ki, bu da hətta uzaqdan belə dərhal sezilə bilər.
Huaweı 20 seriyası Huaweı Mate seriyasının DNT-sidir. Ən qabaqcıl smartfon seriyasının bir hissəsi kimi, Huaweı Mate 20 seriyası öncül əməliyyat sürəti, daha uzunömürlü batareya, təhlükəsizliyin artırılması, daha geniş spektrli videoçəkiliş təcrübəsi və daha çox funksionallığı mürəkkəb bir dizaynda kompaktlaşdıraraq istehlakçıların istifadəsinə verir. Bu, sadəcə və sadəcə mükəmməllik axtarışında olanlar üçün nəzərdə tutulmuş ən yeni cihazdır.
Ecazkar Futuristik Dizayna malik Huawei Mate 20
Artıq bu bir qəbul edilən faktdır ki, Huawei Mate 20 seriyası homogen cihazların mövcud olduğu telefon bazarına yeni bir nəfəs gətirib.
Telefona əməliyyat rahatlığını bəxş edən dünyanın ilk «axıcı» dizaynına malik Huawei Mate 20 Pro və PORSCHE DESIGN Huawei Mate 20 RS versiyaları səkkiz tərəfdən müasir qövsşəkilli görüntüyə malikdir. Arxa kamera modulu futuristik, avanqard ikili matriks struktura malik olmaqla, hətta kənar məsafədən də dərhal sezilə bilir. Bundan başqa, bu telefonlar yeni rəngdə — Zümrüdü-yaşıl rəngdə buraxılıb.
Dünyanın ilk «axıcı» dizaynlı telefonu ilə mükəmməl görüntü və mükəmməllik hissi — Huawei Mate 20 Pro
Sözügedən axıcı dizaynı konseptuallaşdırarkən «Huawei»nin dizaynerləri təbiətin axıcı elementlərini yaxalamağa çalışıblar. Aerodinamik korpusun hər səkkiz tərəfi qövsşəkillidir. Bu isə möcüzəvi görüntü və telefonu əldə saxlamaq zövqüdür. Huawei mövcud standartlara riayət edərək, komponentlərin bir-birinə tam uyğunluğunu təmin edərək və hər bir istifadəçi üçün misli görülməmiş komfort yaradaraq bu telefonun hissələrini dəqiqliklə hazırlayıb.
Eyni zamanda telefona simmetrik dizayn elementləri də daxil edilib. Çərçivənin kənarları və qövsşəkilli şüşə tağları telefonun mərkəzi oxuna simmetrikdir. Çox sadə və simmetrik dizayn estetik cəhətdən də ecazkar görünür.
Şeh damcısını xatırladan yeni ekran dizaynı ilə mükəmməl görüntü və mükəmməllik hissi — Huawei Mate 20
İstifadəyə tam uyğun olması üçün yeni Huaweı şeh damcısı displeyində 6.58 düymlük ekran üzərində mirvarişəkilli yarımqövs yerləşdirilib. Telefonun bütün tərəfləri harmonik şəkildə bir-birinə simmetrikdir: arxa kamera modulunun arxa hissəsində ikili simmetrik xətt üzərində ikisi yanaşı yerləşməklə dörd dairə kəsiyi vardır. Çərçivə, habelə telefonun hər tərəfini əhatə edən qövsşəkilli şüşə isə vertikal cəhətdən bir-birinə simmetrikdir.
Telefonun arxa tərəfi fotorezistorlu aşınma prosesi vasitəsilə hazırlanmış yüksək texnoloji teksturaya malikdir. Nanoteksturalı arxa üzlüyün yuxarı hissəsinə aşınmış şüşə örtüyü yerləşdirməklə, Huawei unikal, əsrarəngiz bir dizayn hazırlayıb — telefonu həm əldə tutmaq rahatdır, həm də üzərində barmaq izləri qalmır. Telefon hətta dəfələrlə istifadə olunduqda belə təmiz görüntünü qoruyub saxlayır.
Özünəməxsus Matriks Kamera Strukturu
Huawei Mate 20 seriyasında yanaşı yerləşən ikili kameranın hər bir linzası cilalanmış metal çərçivə ilə əhatələnib. Bu isə telefona vizual olaraq effektli və fərqli bir avanqard görünüş verir.
Yeni zümrüdü-yaşıl rəng, heyrətamiz stil
Vaxtilə İtaliyanın mərkəzində yerləşən, incəsənət şəhəri hesab edilən Florensiyada ecazkar bir söz var idi. Syu Cimo adlı bir şair italyan sözü olan «Firenze»ni «Zümrüd nefriti» olaraq tərcümə etmişdi. Şəhər bürokratları kilsənin yaşıl mərmərlə hazırlanmasını tələb etmiş, şəhər ətrafındakı evləri bəzəyən tünd yaşıl pəncərə çərçivələri isə şəhərə eleqant, sakit və çılğın bir görüntü bəxş etmişdi. Huawei Mate 20 seriyası da məhz yeni Zümrüdü-yaşıl rəngdə hazırlanıb. Bu isə telefona zümrüd daşı qədər qlamur bir görüntü verir.