Birinci yerə Çinin Meituan-Dianping şirkəti çıxıb.
Fast Company resursu keçən il hazırladığı dünyanın ən innovativ şirkətləri reytinqində Apple-ı ilk sıraya layiq görmüşdü. Yeni reytinqdə isə Apple birdən birə 16 pillə geriləyərək 17-ci yerdə qərarlaşıb. Son illər ərzində heç bir innovativ həll yolu təqdim edə bilməyən şirkətin bu geriləməsi təəccüblü deyil.
Qeyd edək ki, yeni reytinqdə digər texnoloji şirkətlər də üst sıralarda deyil: Alibaba 15-ci yerdə, Google, Amazon və Samsung isə heç ilk 50-likdə yoxdur. İlk sırada yer alan Çinin Meituan-Dianping şirkətinin yeni innovativ platforması müxtəlif xidmət sahələrində (yaşayış yeri, qidalanma məkanları, bilet alışı punktları və s.) bron edilmə prosesini əhəmiyyətli dərəcədə sürətləndirib. Ötən ilin ilk yarım illiyində bu platforma ümumi dəyəri 33,8 mlrd dollar olan 27,7 mlrd tranzaksiya həyata keçirib.
Reytinqdə ikinci yerdə Grab, üçüncü yerdə isə NBA qərarlaşıb.