spot_img
22 ноября, 2024
ДомойТехнологииСмартфоныXiaomi Mi 9 flaqmanının renderdə şəkilləri paylaşılıb

Xiaomi Mi 9 flaqmanının renderdə şəkilləri paylaşılıb

Şəbəkədə Xiaomi şirkətinin gələcək flaqmanı Mi 9-un şəkilləri paylaşılıb. Gələn il təqdim ediləcək smartfon çərçivəsiz dizayna malik olacaq, barmaq izi skaneri ekranın altına quraşdırılacaq.

Flaqmanda Qualcomm Snapdragon 8150 prosessoru, 10 GB RAM / 128, 256 GB daxili yaddaş mövcud olacaq. IP68 standartlı su və tozdan müdafiə texnologiyası da təsdiqlənib. 5G şəbəkə dəstəyi, simsiz enerji yığma texnologiyası (Qi), sürətli enerji yığma texnologiyası (Qualcomm Quick Charge 5.0) cihazın ümumi xüsusiyyətləridir.

Displeyin 6.4 düymlük AMOLED tipli olacağı deyilir. Əsas kamera modulu 3 hissədən ibarət olacaq (48 mp, Sony IMX586). Batareyanın həcmi isə 3700 mAh olacağı gözlənilir. Qiymət isə təxminən 500 dollardan başlayacaq.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -