Şəbəkədə Huawei şirkətinin növbəti fotoflaqmanı olacaq P30 Pro smartfonunun ilk şəkilləri paylaşılıb. Konsept xarakterli olan bu şəkillər smartfon haqqında yayılan məlumatlara əsasən tərtib edilib.
Qeyd edilir ki, smartfon Mate 20 Pro flaqmanı ilə oxşar dizayna malik olacaq — çərçivəsiz displey, ön kamera və ötürücülər üçün «kəsik», ön panelin 91.2% hissəsini örtən ekran. Displeyin altına barmaq izi skaneri quraşdırılacaq, üz görüntüsü sistemi də tətbiq olunacaq. Ekranın diaqonalı 6.5 düym təşkil edəcək. Əsas kamera 3 moduldan ibarət olacaq: 41+12+21 mp, 8 qat optik «zoom». Daxildən cihaza flaqman prosessoru olan Kirin 980 quraşdırılacaq. Batareyanın həcminin 4500 mAh olacağı deyilir. Sürətli və simsiz enerji yığma mümkün olacaq.