Digital Wellbeing Android 9 Pie əməliyyat sisteminin özəlliklərindən biridir. Hal-hazırda tətbiq tam olaraq Google Play-ə yülənməsə də, APK fayl şəklində yükləmə üçün bütün istifadəçilərə əlçatandır.
Bu tətbiq istifadəçinin aktivliyini idarə edir. Proqram qəbul edilən bildirişləri, smartfondan istifadə vaxtını, müəyyən tətbiqdən istifadə vaxtını ölçür və istifadəçiyə bildirir. İdarə taymerləri ilə smartfondan intensiv istifadəni azaltmaq olar. Məsələn, əgər istifadəçi Instagram sosial şəbəkəsinə tez-tez daxil olursa, tətbiq bu haqqda məlumat verəcək.