OnePlus şirkətinin başçısı Pit Lo özünün Weibo hesabında təqdimata hazırlaşan OnePlus 6T smartfonuna çəkilmiş fotonu paylaşıb. 13 mp şəkil tam ölçüdə yüklənsən də, EXIF-informasiya yoxdur. Şəkil gecə, az işıqlı şəraitdə çəkilb və rəngləri açıq aydın ifadə edir.
Daha əvvəl yayılmış məlumatlara əsasən, OnePlus 6 6.4 düymlük AMOLED displey (Full HD+) ilə təchiz ediləcək. Ekran ön panelin 91.5%-ni örtür. Smartfonun ölçüləri 157,5 x 75,7 x 8,2 mm təşkil edir. Kameranın korpusdan çıxdığı yerdə qalınlıq 8.6 mm təşkil edir.
Əsas qoşa kamera 16+20 mp, ön kamera isə 24 mp olacaq. Cihazda Qualcomm Snapdragon 845 prosessoru, 6/8 GB RAM, 64/128/256 GB daxili yaddaş quraşdırılacaq. Smartfon Android 9 Pie əməliyyat sistemi və Oxygen OS örtüyü ilə çalışacaq. Dual SIM, 4G VoLTE, Wi-Fi, Bluetooth 5.0, GPS, NFC və USB Type-C port mövcuddur. Rəsmi olaraq OnePlus 6T 29 oktyabrda təqdim ediləcək.