Təxminən bir il sonra, iPhone modellərinin bilərəkdən yavaşladılması qalmaqalının ardından Apple şirkətini İtaliyada 10 milyon avro məbləğində cərimələyiblər. Cərimə yerli anti-monopolist orqan tərəfindən tətbiq edilib. Onlar cari ilin yanvar ayında araşdırmalara başlamışdılar. Qeyd edək ki, Apple ilə yanaşı, Samsung şirkəti də eyni səbəbdən 5.7 milyon avro dəyərində cərimələnib.
İttihamda qeyd edilir ki, Apple və Samsung öz smartfonlarında əməliyyat sistemini yeniləyərək bilərəkdən köhnə modelləri yavaşlatmaqla yanaşı, bəzi hallarda, tamamilə sıradan çıxmasına səbəb olublar. Bu yolla şirkətlər alıcıları tez-tez smartfonları dəyişməyə məcbur edirlər.
Hər iki şirkət alıcılara heç bir obyektiv məlumat vermədi və smartfonların normal fəaliyyətini necə bərpa etməli haqqda heç bir tədbir görmədi.