Samsung şirkətinin mobil departamenti başçısı Don-Cin Kox Çinli media işçiləri ilə söhbətində bildirib ki, Galaxy S10 smartfonu zahiri görünüş cəhətdən ciddi dəyişikliklərə məruz qalacaq. Şəbəkədə yeni smartfonun ilk şəkilləri yayılıb.
Belə ki, Galaxy S10 maksimal dərəcədə nazik çərçivələrə sahib olacaq. Ekranda iPhone stilində kəsik və ya Oppo Find X stilində hərəkət edən kamera kimi elementlər olmayacaq. Əvəzində isə kamera ekranın altına quraşdırılacaq və adi vəziyyətdə görünməyəcək. Qeyd edək ki, yayılan şəkillərin saxta olduğu da istisna edilmir.