Səssiz sədasız Xiaomi şirkəti Redmi Note 6 PRO modelini təqdim edib. Alüminium korpusdan ibarət smartfon 6.28 düymlük Full HD Plus ekran, Snapdragon 636 prosessoru, 4 GB RAM / 64 GB daxili yaddaş, 4000 mAh-lik batareya, iki əsas 5 mp / 12 mp kameralar və iki ön 2 mp / 20 mp kameralar ilə təchiz edilib.
Smartfonda USB Type-C port, 3.5 mm qulaqcıqlar üçün yuva, Android Oreo əməliyyat sistemi və MiUi 9 örtüyü mövcuddur. Xiaomi Redmi Note 6 PRO oktyabr ayının 1-dən etibarən satışa çıxarılacaq. Smartfonun qiyməti isə 215 dollar təşkil edəcək.