spot_img
19 апреля, 2024
ДомойТехнологииСмартфоныXiaomi yenilənmiş Redmi Note 5 modelini anons edib

Xiaomi yenilənmiş Redmi Note 5 modelini anons edib

Xiaomi Redmi Note 5 hələ yaz aylarında təqdim etmişdi. İndi isə Çin şirkəti bu modelin daha da təkmilləşdirilmiş versiyasını anons edib.

Belə ki, daxili yaddaşın həcmi iki dəfə artaraq 64-dən 128 GB-dək çatdırılıb. Bu model 6 GB RAM ilə təchiz ediləcək. Kameranın modulu da yenilənəcək: apertura f/1.9, piksel ölçüsü isə 1.4 mkm təşkil edəcək — zəif işıqlanması olan məkanlarda daha yaxşı şəkillər çəkmək mümkün olacaq.

Digər xüsusiyyətlərdə heç bir dəyişiklik yoxdur. Cihaz 5.99 düymlük 18:9 tipli displey, 8 nüvəli Qualcomm Snapdaragon 636 prosessoru, 12/5 mp. qoşa kamera və 13 mp. ön kamera ilə təchiz ediləcək. 27 iyul tarixində Çində artıq satışa çıxarılacaq bu modelin qiyməti 250 dollar olacağı deyilir.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -