Xiaomi Redmi Note 5 hələ yaz aylarında təqdim etmişdi. İndi isə Çin şirkəti bu modelin daha da təkmilləşdirilmiş versiyasını anons edib.
Belə ki, daxili yaddaşın həcmi iki dəfə artaraq 64-dən 128 GB-dək çatdırılıb. Bu model 6 GB RAM ilə təchiz ediləcək. Kameranın modulu da yenilənəcək: apertura f/1.9, piksel ölçüsü isə 1.4 mkm təşkil edəcək — zəif işıqlanması olan məkanlarda daha yaxşı şəkillər çəkmək mümkün olacaq.
Digər xüsusiyyətlərdə heç bir dəyişiklik yoxdur. Cihaz 5.99 düymlük 18:9 tipli displey, 8 nüvəli Qualcomm Snapdaragon 636 prosessoru, 12/5 mp. qoşa kamera və 13 mp. ön kamera ilə təchiz ediləcək. 27 iyul tarixində Çində artıq satışa çıxarılacaq bu modelin qiyməti 250 dollar olacağı deyilir.