ABŞ-da yeni OpenPhone startapı fəaliyyətə başlayıb. Belə ki, iş adamları smartfonu dəyişmədən və yalnız bir SIM-kart istifadə edərək ikinci nömrə əldə edə biləcəklər. İstifadəçi yalnız tətbiqi yükləməlidir və abonent haqqını ödəməlidir.
Hələlik OpenPhone yalnız ABŞ və Kanadanın ərazisində fəaliyyət göstərir. İstənilən istifadəçi xidməti proqramı iOS və ya Android cihazına yükləyə bilər və aylıq cəmi $9.99 dollara ikinci nömrəni əldə edə bilərlər. Zənglər ikinci nömrəyə tətbiq vasitəsilə gələcək. Əlavə olaraq, istifadəçi ikinci smartfonundaki nömrəsini OpenPhone-a keçirə bilər ki, belə olan halda da ikinci telefona ehtiyac qalmır.