Facebook investorları sosial şəbəkənin yaradıcısı Mark Zuckerberg-i idarə heyyəti sədrliyi vəzifəsindən uzaqlaşdırmağa çalışırlar. BusinessInsider qeyd edir ki, bu qərar altı böyük investor tərəfindən dəstəklənib.
Səhmdarların Mark Zuckerberg-i uzaqlaşdırmaq niyyəti ciddidir. Buna ən böyük səbəb kimi Facebook-un Cambridge Analytica şirkətinə ötürdüyü istifadəçi məlumatları üzündən yaranmış irimiqyaslı qalmaqal göstərilib. Bundan başqa, səhmdarlar idarəçilik strukturunu da dəyişmək niyyətindədilər.
Nəticədə, şirkətin 3 milyard dollar dəyərində səhmlərinə sahib olan investorlar korporativ struktur dəyişiklikləri ilə Mark Zuckerberg-in toxunulmazlıq statusunu əlindən almaq istəyirlər və bununla da onu idarəçilikdən uzaqlaşdırmağı düşünürlər.