Bu video çarxda fonda Facebook-un nə üçün yaradıldığı və nələrin sosial şəbəkəyə zərbə endirdiyi deyilir: «fake» xəbərlər, spam, məlumat sızıntısı və digər neqativ faktorlar.
Şirkət bu gündən bütün bu nöqsanların aradan qaldırılacağını, istifadəçilərin məlumatlarını qoruyacağını bildirib. Sosial şəbəkə komandası istifadəçi kütləsinin Facebook-a qayıtması üçün əlindən gələni edəcəyəni bildirib. Bu tip video çarxların gələcəkdə də hazırlanması istisna edilmir.