Bill Gates bildirib ki, əgər imkanı olsaydı, bütün gücü ilə bitcoin-ə qarşı olardı. O, kriptovalyutanı dünyada ən spekulyativ yeniliklərdən biri adlandırıb. «Squawk Box» proqramına müsahibəsində Microsoft yaradıcısı kriptovalyutalarda qiymət artımının olmayacağını bildirib və bu sahəyə yatırımı axmaqlıq adlandırıb.
Xatırladaq ki, hələ 3 il əvvəl Bill Gates bitcoin haqqında müsbət sözlər demişdi və kriptovalyutanı «inqilabi texnologiya» adlandırmışdı, bir neçə ay sonra isə Microsoft şirkəti kriptovalytanı pul vahidi kimi qəbul etməyə başlamışdı. Qeyd edək ki, efirdə Berkshire Hathaway başçısı Uorren Baffet də kriptovalyutanı tənqid atəşinə tutub.