Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin və qurumlarının təmsil olunduğu Azərbaycan nümayəndə heyəti Belarusun paytaxtı Minskdə keçirilən XXV «TİBO-2018» beynəlxalq telekommunikasiya sərgi-forumunda iştirak edir.
Nazirlikdən “APA-Economics”ə verilən xəbərə görə, nümayəndə heyətinin tərkibinə dövlət, özəl və qeyri-hökumət təşkilatlarından 30-a yaxın təmsilçi daxildir.
Məlumat üçün bildirək ki, sərgi-forum Belarus Respublikasında hər il keçirilir, informasiya texnologiyaları sahəsində yeni nailiyyətlər və qabaqcıl təcrübə mübadilə üçün qlobal platforma hesab olunur.