Banker.az saytının verdiyi məlumatda qeyd edilir ki, Bakıda Rəqəmsal Bankçılıq və Təhlükəsizlik Konfransı (Digital Banking and Security Conference) işinə başlayıb.
VISA təmsilçisinin sözlərinə görə: «Biz Google şirkəti ilə Şimali Amerika, Avropa və Sakit Okean ölkələrində tərəfdaşlıq etdiyimizə sevinirik. Azərbaycanda biz maliyyə şirkətləri ilə sıx əməkdaşlıq edirik və onlara Google Pay ödəniş sisteminin aktivləşdirilməsində kömək edə bilərik. Lakin, bu proses yalnız tərəfdaşlarımız buna hazır olanda başladıla bilər».
Əlavə olaraq bildirilib ki, artıq Google şirkəti bununla bağlı razılığını versədə, Apple şirkətindən cavab iyun ayına qədər veriləcəkdir.