Ən böyük axtarış sistemi Google cari ilin iyun ayından etibarən maliyyə produktlarının reklam siyasətində dəyişikliklər edəcək. Belə ki, Google kriptovalyuta və onunla bağlı bütün kontent, eləcə də, ICO reklamına qadağa qoyacaq.
Üstəlik bloqda qeyd edilib ki, qadağan olunmuşların siyahısı tam deyil və artırıla bilər. Gəzən şayiələr əsasən, bu məsələdə Google şirkətinə ABŞ-ın Federal Təhlükəsizlik Bürosu (FBI) ciddi təzyiq göstərib. Xatırladaq ki, Facebook və Instagram da kriptovalyuta və ICO reklamlarına qadağa qoyub.