Yeni birja məlumatlarına əsasən Facebook sosial şəbəkəsinin bazar kapitallaşması demək olar ki, 100 milyard dollar dəyərində azalıb. Bu isə o deməkdir ki, məlumatların sızdırılması qalmaqalından sonra Facebook bir həftə ərzində ümumi dəyərinin 1/5 hissəsini itirib.
Bu qalmaqaladək şirkətin bazar dəyəri 537.9 milyard dollar təşkil edirdi. Lakin, 27 mart tarixində, düz bir həftə sonra şirkətin dəyəri 442.4 milyard dollara qədər düşdü. Bu isə demək olar ki, 100 milyard dollar və ümumi dəyərin 21.6%-dir. Mark Zuckerberg sosial şəbəkəni əvvəlki vəziyyətinə qaytarmaq üçün çalışırdı, lakin, tam əksi baş verdi. Hal-hazırda o planetin ən sevilməyən insanlarından biri sayılır. Facebook-un silinməsi aksiyasına hətta Elon Musk da dəstək verib. 2 həftə sonra isə Zuckerberg ABŞ konqresi qarşısında ifadə verməli olacaq.