Yaponiya şirkəti olan JDI şəffaf panelə barmaq izi skaneri quraşdırdığını elan edib. Qualcomm və Synaptics məhsullarından fərqli olaraq barmaq izi displeyin altına deyil, birbaşa displeyin özünə quraşdırılıb.
JDI barmaq izi skanerinin digər bir üstünlüyü ondan ibarətdir ki, sensorları birbaşa LCD displeylərə də quraşdırmaq mümkündür. Qualcomm və Synaptics isə barmaq izi skanerlərini yalnız OLED displeylərə quraşdıra bilir. Şirkət rəsmiləri qeyd edir ki, onlar barmaq izi skaneri ilə təchiz edilmiş LCD displeylərin satışına tez bir zamanda start verəcəklər.