The Boston Consulting group şirkətinin tədqiqatçıları 2017-ci ildə dünyanın ən innovativ şirkətlərinin siyahısını təqdim ediblər. Siyahı dünya üzrə 100-dən çox innovasiya sahəsi direktorları, dövlət işçiləri və təşkilat idarəçilərinin sorğuda iştirakı üzrə tərtib edilib. Sorğuda mobil məhsullar, rəqəmsallaşma, böyük verilənlərin analitikası və yeni texnologiyalırın istifadəsi kimi məzmunlar istifadə edilib.
Beləliklə, reytinqdə gözlənildiyi kimi ilk üçlüyü Apple, Google və Microsoft qapayıb.