Las-Veqasda keçirilən Consumer Electronics Show 2018 tədbirində Volocopter adlı uçan avtomobilin prototipini təqdim edib.
Uçan avtomobil adı daha çox marketinq addımıdır. Əslində bu, insanı daşıya biləcək böyük bir drondur. Gələcəkdə bu 18 mühərrikli cihaz hava taksisi kimi də istifadı oluna biləcək. Sadəcə təsəvvür edin, smartfonuzu çlxarırsız və hava taksisini sifariş edirsiz, — deyə Intel başçısı Brian Krzanich bildirib.
Volocopter 9 batareya, naviqasiya sistemi və ballistik paraşutlarla təchiz ediləcək. Cihaz ABŞ-ın Federal Aviasiya İdarəsinin qərarı çıxdıqdan sonra fəaliyyətə başlayacaq.