Operator Dunkan Sinfild növbəti dəfə dron vasitəsilə Apple Park görüntülərini yayıb. Tikinti işləri demək olar ki, yekunlaşıb və son işlər görülür, ağaclar əkilir. Apple Park-ın ətrafında qonaqlar üçün xüsusi yer var ki, burada onlar Apple brendi ilə bağlı suvenir və atributikalar əldə edə bilərlər.
Xatırladaq ki, Apple Park tikintisi 2013-cü ildə start götürmüşdü. Dörd mərtəbəli halqa formasında olan bu unikal tikilinin sahəsi 260.000 kv/m təşkil edir.