Xiaomi çərçivəsiz smartfonlar xəttini təqdim etməyə hazırlaşır və qeyd edilir ki, sözügedən cihazlar R seriyalı olacaq. İlk belə smartfon 18:9 ölçülü displeydən ibarət Xiaomi R1 olacaq. Bu smartfonda həm ön tərəfdə, həm də arxa paneldə qoşa kameralar olacaq. USB Type-C, Full HD displey smartfonun digər xüsusiyyətləri arasındadır. Hələlik RAM və daxili yaddaş haqqında heç bir məlumat yoxdur.
Qeyd edilir ki, Xiaomi R1 5 Dekabr tarixidndə Redmi Note 5, Redmi 5, Redmi 5 Plus və Mi 6c ilə birgə təqdim ediləcək.