Yeni flaqman olan iPhone X smartfonu 5.8 düymlük Super Retina Display ekranı ilə təchiz edilib, hansı ki, bütün ön paneli örtür. Lakin, ekranın üst hissəsində sensor və kameralar üçün xüsusi yer ayrıldığından üst displeydə bir növ dəlik yaranıb.
Həmin yeri düzləşdirmək üçün xüsusi Notch Remover tətbiqi tərtib edilib və artıq App Store-da yükləmə üçün əlçatandır. Apple şirkəti bu addımı atmağı məsləhət görməsə də, tətbiqin özünü təsdiqləyib.