Çinin ən böyük IT şirkətlərindən biri olan Baidu Apollo Fund adlı investisiya fondunun yaradılması haqqında elan verib. Bu fond 3 il ərzində avtopilot texnologiyasının inkişafı üçün 1.5 milyard dollar xərcləyəcək. Çində Baidu-nun ən güclü rəqibləri kimi Tesla və Google şirkətləri göstərilir.
Baidu şirkətinin tərəfdaş sayı ötən illə müqayisədə 50-dən 70-ə qalxıb. Tərəfdaş şirkətlər arasında məşhur Nvidia və TomTom NV kimi iri korporasiyalar da mövcuddur. Qeyd edilir ki, Baidu yeni tamamilə avtopilot rejimli avtomobili 2020-ci ilədək Çin yollarına çıxara biləcək.