AMD şirkətinin dünən keçirdiyi mətbuat konfransında «bütün zamanların ən güclü prosessoru» təqdim olunub — AMD Ryzen Threadripper. Şirkət AMD Ryzen Threadripper 1950X və 1920X-in rəsmən satışa çıxarıldığını elan edib. 1900X versiyası 31 avqustdan etibarən bazara çıxarılacağı qeyd edilib.
Xatırladaq ki, Ryzen Threadripper prosessorları yeni SockerTR4 platformasını dəstəkləyir, DDR4 tipli dörd kanaldan ibarət yaddaşla çalışır və AMD SMT texnologiyası ilə təchiz olunub. 1950X prosessoru 16 nüvəlidir, 1920X — 12 nüvəli, 1900X isə 8 nüvəlidir. Minimal tezlik müvafiq olaraq 3.4, 3.5 və 3.8 Ghz təşkil edir. Maksimal tezlik isə eynidir — 4.0 Ghz. XFR tezliyi 4.2 Ghz-ə bərabərdir.