Digitimes Research tədqiqatşıları bildirib ki, qoşa kameralı smartfonlar cari ildə bazarın 16%-ni təşkil edəcək, gələn il isə 30%-ə çatacaq. 2019-cu ildə isə bazarda təqdim olunan smartfonların 50%-i qoşa kamera ilə təchiz olunacaq. Bu tip modulun qiyməti orta göstəricilərə malik smartfon üçün 20 dollar təşkil edir. Müqayisə üçün qeyd edək ki, tək kameralı modul 8 dollara başa gəlir. Smartfonlar üçün belə modulların əsas istehsalçıları tayvan şirkətləri Largan Precision və Genius Electronic Optical, eləcə də Çinin Sunny Optical Technology və yapon Kantatsu şirkətləridir.