HMD GLobal şirkəti rəsmi olaraq Nokia 130 telefonunu təqdim edib. Bu cihaz sadə, düyməli, kamera və Bluetooth ilə təchiz olunmuş Microsft Nokia 130-un (2014) yenilənmiş versiyasıdı. Nokia 130 1.8 düymlük QQVGA rəngli ekran, VGA kamera, FM radio, işıq, 1020 mAh-lik batareya, 4 MB RAM və 8 MB daxili yaddaş, microSD yuva (32 GB-dək), Bluetooth ilə təchiz olunub.
Yenilənmiş model Micro USB (2.0) kabel ilə enerji yığır. Nokia 130-un 2 SİM-kartlı versiyası da mövcud olacaq. Qiymətin 21 dollar təşkil edəcəyi deyilir.