Microsoft şirkəti mobil bazarı alt-üst edəcək bir cihaz üzərində çalışır. Şirkət rəsmilərinin sözlərinə görə onlar mobil cihaz hazırlayırlar, hansı ki, heç bir müasir smartfona bənzəməyəcək. Microsoft-un son patentlərinə nəzər salsaq görərik ki, söhbət qatlana bilən və ARM prosessorla çalışan planşetdən gedir. Üstəlik iki ekran və zəng etmək imkanı olacaq cihazın kod adı Microsoft Andromeda olacaq. Qeyd edilir ki, Andromeda-nın qiyməti Surface Book-un qiymətinə yaxın olacaq — «baha, lakin əlçatan».