Oyun sənayesindən uzaq insanlar tez-tez bildirir ki, video oyunlar gamer-lərin psixologiyasına mənfi təsir göstərir.
Nesta elm, incəsənət və idmana dəstək milli fondunun tədqiqatçıları xüsusi bir araşdırma aparıblar. Onlar Böyük Britaniyada 10 min nəfərin iştirakı ilə sorğu keçirərək bəzi sınaqlar ediblər. Nəticədə məlum olub ki, gamer-lər adi insanlardan daha çox şəkil çəkir, səyahət edir, mədəniyyət mərkəzlərinə gedirlər. Video oyun fanatları təhsildə dəgöstəricilərə görə adi insanlardan geri qalmırlar.