Apple ilə əlaqəli olan Insider şəbəkəyə iPhone 8 smartfonun ön və arxa panellərinin şəkillərini yerləşdirib. Görüntülərdən məlum olur ki, smartfon qoşa kamera ilə təchiz olunacaq və, çox güman ki, barmaq izi skaneri ekranın altına yerləşdiriləcək.
Xatırladaq ki, 2017-ci ildə iPhone modellərində böyük dizayn dəyişikliyi gözlənilir, çünki Apple ilk iPhone-un satışa çıxarılmasının 10 illik yubileyini qeyd edəcək. Ən böyük dəyişiklik kimi bütün panel üzərinə çəkilmiş OLED-displey olacağı gözlənilir. Home düyməsi barmaq izi skaneri ilə birgə ekranın altına yerləşdiriləcək.