Samsung şirkəti ənənvi olaraq öz flaqman smartfonlarının müdafiə olunmuş Active versiyalarını təqdim edir. Bu modellər dözümlülüyü ilə seçilirlər. Samsung Galaxy S8 Active-in Geekbench bençmarkında göstəriciləri yerləşdirilib.
Belə ki, Galaxy S8 Active 8 nüvəli Snapdragon 835 prosessoru və 4 GB RAM ilə təchiz olunacağı məlum olub. Zahirən bu model Galaxy S8-dən fərqlənəcək. Smartfonun MİL-STD-810G tipli hərbi standrt ilə sertifikatlaşdırıldığı məlum olub. Smartfonun nə zaman satışa çıxarılacağı məlum deyil.