Böyük ehtimalla yeni Meizu Pro 7 smartfonu 26 iyul tarixində təqdim olunacaq və 4 avqustan etibarən isə satışa çıxarılacaq. Qeyd edilir ki, şirkəti Pro 7 və daha böyük model Pro 7 Plus-ı təqdim edəcək. Smartfonların ən böyük özəlliyi arxa paneldə E Ink displeyin quraşdırılması olacaq. 5.5 düymlük displey, MediaTek helio X30, Sony IMX386 və IMX286 tipli modullardan ibarət qoşa kamera, 16 mpxl. ön kamera, USB Type-C smartfonların məlum olan göstəriciləridir. Pro 7 409 və 484 dollar, Pro 7 Plus isə 484 və 555 dollara təqdim olunacaq.