«Bizim mütəxəssislər zərərli proqram təminatı olan Ransom:Win32.WannaCrypt-ə qarşı müəyyən edilmə və müdafiə sistemi hazırlayıblar. Mart ayında biz bu tipli virusların şəbəkədə yaayılmasına qarşı əlavə müdafiə proqramı da hazırlamışdıq. Yenilənmiş Windows və bizim pulsuz antivirus istifadəçiləri müdafiə olunublar», — Microsoft qeyd edib.
Xatırladaq ki, «Kaspersky Laboratoriyası» WannaCrypt-in iştirakı ilə dünyanın 74 ölkəsində 45 min hücum qeydə alıb. Məlumatların geri qaytarılması üçün isə hakerlər Bitcoin kriptovalyutasında 600 ABŞ dolları tələb edirdilər.