Çin şirkəti MediaPad T3 plaşetlərinin 7 və 8 düymlük versiyalarını təqdim edib. Kiçik versiya 1024×600 genişlənməsinə malik IPS-display, 4 nüvəli Mediatek MT8127 prosessoru, 1 (2) GB RAM və 8 (16) GB daxili yaddaş, 2 mpxl. ön və arxa kameralar, 3100 mAh-lik batareya ilə təchiz olunub. Cihaz Android 6.0 əməliyyat sistemi ilə işləyir.
Daha böyük versiya 1280×800 gemişlənməsinə malik IPS-displey, Snapdragon 425 prosessoru, 2(3) GB RAM və 16 (32) GB daxili yaddaş, 5 və 2 mpxl. kameralar, 4800 mAh-lik batareya ilə təchiz edilib. Planşet Android 7.0 əməliyyat sistemi ilə çalışır.
Planşetlərin qiyməti müvafiq olaraq 129 və 219 avro olacağı gözlənilir.