Bir neçə ay öncə İnternetə sızdırılmış şəkil və məlumatlardan məlum olmuşdu ki, Samsung-un yeni flaqmanlarında ənənəvi olaraq bir əsas kamera mövcud olacaq. Lakin, Samsung Exynos-un (prosessorlara cavabdeh şirkət) etdiyi son rəsmi açıqlama bütün bu şayiələrin üstündən xətt çəkdi. Belə ki, şirkətin rəsmi Twitter hesabında «Qoşa kamera üçün nəzərdə tutulmuş qoşa prosessorla mükəmməl şəkillər çəkin» deyə tvit və müvafiq şəkil yerləşdirilib.
Xatırladaq ki, yeni Samsung modelləri 29 mart tarixində təqdim oluncaq.