spot_img
22 ноября, 2024
ДомойТелекомСобытияAli məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası

Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası” 2017-ci ildə növbəti 12-ci dəfə keçiriləcəkdir. Cari ildə Olimpiadanın ilk mərhələsinin 29 aprel, növbəti (final) mərhələsinin isə 06 may tarixində keçirilməsi planlaşdırılır. Olimpiadada iştirak etmək üçün 21 aprel 2017-ci il tarixinə qədər qeydiyyatdan keçmək zəruridir.

Olimpiadada hər bir ali təhsil müəssisəsindən maksimum 4 komanda qeydiyyatdan keçə bilər və hər bir ali təhsil müəssisəsinin ən yaxşı nəticə göstərən yalnız 1 komandası Olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazanacaqdır. Hər komanda 1 nəfər rəhbərdən (müəllim) və 3 nəfər iştirakçıdan (tələbə — bakalavr) təşkil olunmalıdır.

Olimpiadanın 1-ci mərhələsi 29 aprel 2017-ci il tarixində saat 10:00-da Bakı Mühəndislik Universitetində keçiriləcəkdir. Olimpiadaya gələn komanda üzvləri şəxsiyyət vəsiqəsi və tələbə biletlərini özləri ilə gətirməlidirlər.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

11,990ФанатыМне нравится
1,015ЧитателиЧитать
3,086ЧитателиЧитать
714ПодписчикиПодписаться
- Реклама -