Bu yay Kodak brendi altında planşetlər Avropada satışa çıxarılacaq. Cihazların dizayn və göstəriciləri müasir standartlara uyğun olacağı deyilir. Lakin, əsas kameranın 8 mpxl. olacağı dəqiqləşib ki, bu da müasir cihaz üçün o qədər də yüksək göstərici sayılmır.
Faktiki olaraq yeni planşetlər fransız şirkəti ARCHOS-a məxsus olacaq. Bu şirkət 2009-cu ildə Android ilə çalışan ilk planşeti istehsal etmişdi. İndi isə Kodak brendini bazarda istifadə etmək üçün satın alaraq planşet istehsalını dirçəltməyi düşünür.