Samsung yeni smartfonları MWC 2017 sərgisində təqdim edəcək, lakin, əyilə bilən displeyə sahib olan cihazlar cari ilin sonuncu rübündə satışa çıxarılacaq.
Bu tip smartfonların ən böyük problemi, hələlik, onların polimerdən ibarət korpusudur. Belə ki, Samsung hələlik bu cihazlar üçün dözümlü və eyni zamanda nazik korpus tərtib edə bilməyib.
Qeyd edək ki, əyilə bilən displey patentinə Samsung ilə yanaşı Apple, LG və Microsoft da müraciət edib.