The Information bildirir ki, Fitbit şirkəti cari ilin ilk rübündə 80-160 əməkdaşını (10%) ixtisar edəcək. Bu, öz növbəsində şirkətə 200 milyon dollar qənaət etmə imkanını yaradacaq və nəticədə satışların bərpası üçün lazım olan maliyyə mövcud olacaq.
Xatırladaq ki, Fitbit populyar fitnes-brasletlər istehsalçısıdı və ötən ilin dekabrında bu tip brasletlərə olan marağın kəskin düşməsi səbəbi ilə satışları dayandırmışdı.